EN

Amorim Raşford və Antoninin icarəyə verilməsini əsaslandırdı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim ingilis hücumçu Markus Raşfordla əməkdaşlığa xitam verməsini əsaslandırıb.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, portuqal mütəxəssislə müvafiq mövzuda dialoqu diqqətinizə çatdırır:

– Deyək ki, əgər ixtiyarınızda sizin baxışlarınızı anlamayan 5-10 oyunçunuz olarsa necə? Siz onları da qovardınızmı? Çünki bu halda siz, komandanın ancaq qəfildən yerdə qalan yarısından seçim etməli olacaqsınız?
– Xeyr, bu, belə deyil. Gəlin, bu vəziyyət üzərində diqqət cəmləyək. Amil budur ki, bəzi uşaqlar mənim, futbolu necə gördüyümə uyğunlaşmırlar. Digər uşaqlar uyğunlaşırlar və biz vahid komanda qurmağa çalışırıq.

– Yəni o, əslində sizə deyib ki, sizin futbol haqqında fikirlərinizlə əsaslı olaraq razılaşmır? Fəsad bunda idimi?
– Xeyr, axı siz bunun necə olacağını bilirsiniz. Bu, sizin bir məşqçi və bir oyunçu kimi hiss etdiyiniz məqamdır. Odur ki, bu, olduqca adi haldır. Bu, bir çox məşqçi ilə baş verir və burada bunun, mənim qərarım olduğunu söyləmək vacibdir. Elə, Antoni ilə də olduğu kimi – müvafiq icarələr, bəzi oyunçuları saxlamaq və hətta heç bir yeni transfer etməmək də mənim qərarım idi. Odur ki, bu yerdə mən sadəcə olaraq təkrar edəcəyəm, bu, mənim qərarım idi.

Xatırladaq ki, Ruben Amorimin “fitvası” ilə “qırmızı şeytanlar”ın məzunu, ingilis sol cinah hücumçusu Markus Raşford “Aston Villa”ya icarəyə göndərilib. Portuqal mütəxəssis braziliyalı sağ cinah hücumçusu Antonini isə “Betis”ə icarəyə göndərib. Üstəlik, Amorim böyük bir məsuliyyət altına girərək, qış transfer pəncərəsi ərzində hücumçu mövqeyinə heç bir yeni oyunçu almamağa qərar verib. Mütəxəssislər və təhlilçilər portuqal mütəxəssisin böyük riskə baş vurduğunu qeyd edirlər.

24 oyundan 29 xalla “Mançester Yunayted” İngiltərə Pemyer Liqasının yarış cədəvlinin 13-cü pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” klub tarixinin ən pis dövrünü yaşayırlar.

Chosen
22
arena.az

1Sources