EN

Goranboyda yük maşını körpüdən çaya aşıb, sürücü ölüb

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Qəza zamanı sürücü 1995-ci il təvəllüdlü Y.Orucov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
79
23
day.az

10Sources