EN

Bassala Sambu “Neftçi”də

Cənubi Kiprin “Enosis” klubunun mərkəz hücumçusu Bassala Sambu bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Neftçi” bu gün növbəti transferini həyata keçirib. Əslən Seneqaldan olan, Almaniyada dünyaya göz açmış ingiltərəli hücumçu Bassala Sambu artıq “Neftçi” ailəsinin üzvüdür. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri Siti” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Samba “Fortuna Sittard”, “Randers”, “Kryu Aleksandra”, “Oldhem Atletik” kimi klublarda da çıxış edib. O, 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Hücumçu sonuncu klubu “Enosis Neon Paralimni”nin (Cənubi Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bu qış fasiləsində daha öncə Ryonosuke Ohori (“Transinvest”, Litva) və Elvin Camalovu (“Sabah”) da heyətinə qatmışdı. Paytaxt klubu Mark Tamaşla da yollarını ayırıb.

Chosen
82
29
arena.az

10Sources