
ABŞ Prezidenti Donald Tramp “Twitter”ə qarşı qaldırdığı iddiadan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məhkəmə bildirişinə istinadən məlumat yayıb.
Xatırladaq ki, 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan sonra əksər media platformaları Trampın hesablarını “ləğv etdi” və bu, onu “Twitter”, “Facebook” və “Google”a qarşı iddia qaldırmağa vadar edib.