EN

Bu ölkədə yeni hökumətdə erməni nazir də təmsil olunacaq

Livan Prezidenti Cozef Aun Baş nazir Nafaff Salamın rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

Bu barədə Prezident Aparatının məlumatında deyilir.

Qeyd olunub ki, yeni hökumətin tərkibinə 24 nazir daxildir.

Məlumata görə, yeni hökumətin əsas vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq və digər məsələlərin həllidir. 

Yeni hökumətində bir erməni adı da yer alıb: Gənclər və İdman Naziri Nora Bayrakdaryan.

Chosen
29
8
news365.az

10Sources