EN

FİFA Bəxtiyarın şikayətini təmin etdi

Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı şikayəti təmin olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə futbolçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli özünün sosial şəbəkə hesabında bildirib:

“Hüquqlarını müdafiə etdiyimiz Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin “Tuzlaspor”a qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən futbolçumuza kompensasiya klub tərəfindən ödənilib”.

Bəxtiyar 2023/24 mövsümündə “Tuzlaspor”da çıxış edib.
Chosen
29
3
football-plus.az

4Sources