Belə ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Yardımlı, Tərtər, Kəlbəcər, Laçın, Gəncə, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada arabir qar, Tovuzda yağış yağır.Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 26 m/s, Şirvanda 17 m/s-yə çatıb.Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.
Şuşa, Şamaxı, Qax, Lerik, Daşkəsən, Göygöldə duman müşahidə olunur. Dumanda görünüş 500- 1000 metrədək məhdudlaşıb.