EN

Erməni qadın Livanda nazir təyin edildi

Nora Bayraqdaryan Livanın yeni gənclər və bədən tərbiyəsi naziri təyin edilib.

 

Senzor.az erməni mediasına istinadən bildirir ki, Bayraqdaryan nazir seçiləndən dərhal sonra Livanın erməni katolikosu I Aramı ziyarət edib.

 

Nora Bayraqdaryan beynəlxalq münasibətlər üzrə professor və Livan Universitetinin hüquq və siyasi elmlər fakültəsində Beynəlxalq münasibətlər kafedrasının müdiridir.

 

Qeyd edək ki, Livan Prezidenti Cozef Aun yeni hökumətin tərkibini təsdiqləyib. Nazirlər Kabinetinə ölkənin xristian və müsəlman icmalarını bərabər şəkildə təmsil edən 24 nazir daxil olub.

Chosen
60
1
senzor.az

10Sources