EN

Sarkoziyə elektron qolbaq taxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə korrupsiya və nüfuzundan sui-istifadə ittihamı ilə bağlı verdiyi apellyasiya şikayətindən sonra elektron qolbaq taxılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"O, Parisdəki evində axşam saat 20:00-dan səhər 8:00-a qədər qalmalı olacaq, lakin məhkəmədə iştirak etmək üçün həftənin üç günü axşam saat 21:30-a qədər çöldə olmaq üçün xüsusi icazə alıb.

Sarkozi qanuni ev dustaqlığı saatlarına əməl etməzsə, səlahiyyətlilər həyəcan siqnalı ilə xəbərdarlıq alacaq", - məlumatda deyilib.(Axar.az)

Chosen
64
3
olke.az

4Sources