EN

"Real" və "Atletiko Madrid" heç-heçə edib - İspaniya La Liqası

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 23-cü turunda "Real Madrid"doğma meydanda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edib.

Trend-in məlumatına görə, görüş Madriddə "Santyaqo Bernabeu"stadionunda keçirilib.

"Real Madrid"in heyətində Kilian Mbappe fərqlənib (50-cidəqiqə). "Atletiko"dan qolu Xulian Alvares (35, penalti) vurub.

İspaniya çempionatının turnir cədvəlinə 50 xalla Real Madridbaşçılıq edir. “Atletiko” 49 xalla ikincidir.

Chosen
24
az.trend.az

1Sources