EN

BDYPİ-dən xəbərdarlıq:

Magistral yollarda və paytaxtın bir çox küçə və prospektlərində hazırda buzlanma müşahidə edilir.

 

Senzor.az bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev deyib.

 

“Əziz sürücülər! Yolun hansı hissələrinin daha çox buzlu və ya sürüşkən ola biləcəyini (kölgəli yerlər, körpülər, yamaclar) nəzərə alın. Buzlu yollarda tormoz məsafəsi artır, buna görə də sürəti azaltmaq vacibdir.

 

Eyni zamanda öndəki avtomobillərlə aranızda məsafəni artırın”, - R.Tağıyev qeyd edib.

Chosen
56
16
senzor.az

10Sources