EN

“Wynn” BƏƏ-də ilk kazino qurmaq üçün kredit götürüb

Beynəlxalq banklar konsorsiumu BƏƏ-də ilk kazinonun tikintisi üçün Amerikanın “Wynn Resorts” şirkətinə 2,4 milyard dollar kredit verib. Konsorsiuma əmirliyin bir neçə ən böyük bankı daxildir.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Wynn Resorts” şirkətinin məlumatında deyilir.

2022-ci ilin yanvarında Amerika otel və kazino idarəçiliyi şirkəti Ras Əl Xaymada 3,9 milyard dollar dəyərində kurort kompleksi tikməyi planlaşdırdığını elan edib. Kurort ərazisində otel, ticarət mərkəzi, restoranlar, barlar, həmçinin xüsusi oyun zonaları yerləşəcək.

Ras Əl Xaymadakı “Wynn Resorts” layihəsi BƏƏ-nin mühafizəkar ərəb monarxiyalarında qadağan edilmiş oyun biznesinə icazə verməyə hazır olmasının əlaməti kimi qiymətləndirilib.

Şirkət qeyd edib ki, banklar konsorsiumu Almaniyanın “Deutsche Bank”, Yaponiyanın “Sumitomo Mitsui”, eləcə də əmirliyin “Abu Dhabi Commercial Bank”, “First Abu Dhabi Bank”, “Emirates NBD” və “National Bank of Ras Al Khaimah”dan ibarətdir. Kredit ABŞ dolları və əmirliyin dirhəmi ilə ifadə olunub.

Chosen
49
1
far.az

10Sources