EN

Tramp Blinkenin məxfi məlumatlara çıxışını məhdudlaşdırmağı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi Entoni Blinkenin və sabiq dövlət başçısının milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın məxfi məlumatlara çıxışını məhdudlaşdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “The New York Post” (NY Post) məlumat yayıb.

Fevralın 7-də ABŞ Prezidenti sələfi Cozef Baydenə "Co, işdən çıxarılmısan" deyərək ona girişi məhdudlaşdırıb. Nəşr yazır ki, əvvəllər Trampa qarşı işlərə baxan Nyu Yorkun baş prokuroru Letisiya Ceyms və Manhetten dairəsinin prokuroru Alvin Breqq də məxfi məlumatlara çıxışını itirə bilər.

Chosen
49
1
report.az

2Sources