EN

Tramp şahzadə Harrini deportasiya etməyəcəyinə söz verdi

ABŞ prezidenti Donald Tramp Britaniya şahzadəsi Harrini, onun vizasına görə məhkəmə prosessinə baxmayaraq, deportasiya etmək fikrində olmadığını bildirib.

Day.Az-ın məlumatına görə, bu barədə "The New York Post" nəşri xəbər verib.

 

"Mən bunu etmək istəmirəm. Mən onu rahat buraxacam. Onun həyat yoldaşı ilə olduğu kimi kifayət qədər problemləri var", - deyə D.Tramp bildirib.

D.Tramp həmçinin Harrinin böyük qardaşı vəliəhd şahzadə Uilyamı tərifləyərək onun "yaxşı gənc olduğunu" deyib. Amerika prezidenti Uilyam ilə dekabrda Parisdə Notr-Dam kilsəsinin açılışı münasibətilə keçirilən mərasimdə görüşüb.

Chosen
4
1
day.az

2Sources