EN

Serbiya prezidentinin xidməti avtomobilinin təkəri hərəkət zamanı çıxıb - VİDEO

Aleksandar Vuçiçin olduğu Serbiya prezidentinin kortejinin avtomobilinin təkəri yolda hərəkət zamanı çıxıb.

Day.Az-ın məlumatına görə, bu barədə Serbiya prezidenti bildirib.

Aleksandar Vuçiç qeyd edib ki, özu xəsarət almayıb.

 

"Bunun zədələnmiş, partlamış təkər olub, yoxsa başqa bir şey olub-olmadığını səlahiyyətli orqanlar müəyyənləşdirməlidir. Onlar bununla məşğul olacaqlar. Mən Mokrin [yaşayış məntəqəsinə] gəldim və başqa maşına mindim", - deyə Serbiya prezidenti qeyd edib.

Serbiyanın baş naziri Miloş Vuçeviç deyib ki, prezidentin avtomobilindən təkərin düşməsi ilə bağlı hadisə əhəmiyyətsiz hesab edilməməlidir. "Mən belə şeylərlə oynamazdım, prezidentin ətrafında ciddi ekspertiza və təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edərdim. Təkərin necə çıxdığını dəqiq bilmək üçün araşdırmanın nəticəsini gözləyirik", - deyə o qeyd edib.

Chosen
5
1
day.az

2Sources