Yeddiqat Böyük Dəbilqə çempionu, amerikalı tennisçi Vinus Uilyams sevgilisi, italyan aktyor Andrea Preti ilə sol əlinin adsız barmağında üzüklə görüntülənib.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu fakt Uilyams və Pretinin bir illik tanışlıqdan sonra nişanlandığı anlamına gələ bilər. Jurnalistlər dünyanın sabiq bir nömrəsini İtaliyanın Roma şəhərində məşq edərkən görüblər.
Xatırladaq ki, 44 yaşlı Vinus Uilyams sonuncu dəfə 2024-cü ilin martında korta çıxıb. O, Mayamidə (ABŞ) keçirilən WTA-1000 turnirinə uayld-kart qazanıb. Orada amerikalı tennisçi 20 yaşlı rusiyalı Diana Şnayderə 3:6, 3:6 hesabı ilə uduzub.
Milli.Az