EN

Serbiya Prezidenti ölüm təhlükəsi ilə üzləşdi -VİDEO

Serbiya Prezidenti Aleksandar Vuçiçin zirehli avtomobili tam sürətlə hərəkətdə olarkən təkər partlayıb və onun bir hissəsi yerindən çıxıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, dövlət başçısının təhlükəsizliyi üçün ciddi təhdid yaradıb. Bununla belə, sürücü çətinliklə də olsa, avtomobili təhlükəsiz şəkildə saxlaya bilib.

 

Yayılan kadrlardan o da görünür ki, hadisə zamanı Vuçiç özü və yanındakılar heç bir xəsarət almayıblar.


Hadisənin Mokrinə gedən yolda baş verdiyi bildirilir. Vuçiç kortejdəki digər avtomobilə əyləşmək məcburiyyətində qalıb.

 

Hazırda hadisənin səbəbləri araşdırılır.


Həmin kadrları təqdim edirik:




Chosen
22
senzor.az

1Sources