EN

Vuçiçin avtomobilinin təkəri hərəkət zamanı partlayıb – FOTO

Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobili ilə bağlı xoşagəlməz hadisə baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, maşında olan Vuçiç özü “TV Informer” telekanalına müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, qeyri-adi heç nə baş verməyib. Bu səbəbdən hadisə ilə bağlı hay-küy salmamağa çağırıb.

“Təkər partlayıbmı yoxsa başqa bir şey olub-olmadığını səlahiyyətli orqanlar müəyyən etməlidirlər və müəyyən edəcəklər”, – Vuçiç vurğulayıb.

Chosen
30
3
nocomment.az

4Sources