EN

Yağan qarın hündürlüyü: Lerikdə 62, Şuşada 8 sm. - Dəniz dalğa buluda çatır

Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb.

Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Chosen
15
25
aznews.az

10Sources