EN

Tayvan: Çinin 14 təyyarəsi və 6 gəmisi adaya yaxınlaşıb

Tayvanın Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun 14 təyyarəsinin və 6 gəmisinin sahillərinə yaxınlaşdığını aşkarlayıb.

"ÖlkÉ™.az" xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ Tayvanın MüdafiÉ™ Nazirliyi “X”dÉ™ mÉ™lumat yayıb.

"Saat 6:00-ya qədər (Bakı vaxtı ilə saat 02:00) Tayvan ətrafında 14 təyyarəsi və Hərbi Dəniz Qüvvələrinin 6 gəmisi aşkar edilib. Doqquz təyyarə median xətti keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik və müvafiq reaksiya vermişik", - məlumatda deyilir.

Tayvanın müdafiə orqanı materik Çindən təyyarə və gəmilərin yaxınlaşmasını müntəzəm qeydə alır.(Report)

Chosen
38
8
olke.az

9Sources