EN

ABŞ İranla saziş bağlamağa hazırdır

ABŞ Prezidenti Donald Trump bildirib ki, o, hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verir.
 
Trump bu barədə "The New York Post" qəzetinə müsahibəsində danışıb.
 
"Mən İranla nüvə sazişi bağlamaq istərdim. Bombardmandansa, bunu tərcih edərdim," - deyə Trump bildirib.
 
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Trump potensial danışıqların təfərrüatını açıqlamaqdan imtina edib.
 
Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi ilə bağlı suala Trump belə cavab verib:
 
"Bunu deyə bilmərəm, çünki bu çox sərtdir. Ancaq mən onları bombalamayacağam," - ABŞ prezidenti əlavə edib.
Chosen
127
50
moderator.az

10Sources