EN

Astarada baş verən qəza ölümlə nəticələndi

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı minik avtomobilinin motosikletlə toqquşması nəticəsində ikincinin sürücüsü Nizami Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
19
18
azreform.info

10Sources