EN

Türkiyə Aya iki kosmik gəmi göndərəcək


Türkiyə 2026-cı ildə Aya ilk kosmik gəmi göndərəcək.Bu barədə "Sabah” nəşri məlumat yayıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində həlledici mərhələ başlayıb.

"AYAP-1” adlı kosmik gəmi gələn il Aya göndəriləcək.
Bu gündən etibarən "AYAP-1” çərçivəsində Aya çatması planlaşdırılan kosmik gəminin riskləri müəyyən edilib, ilkin dizayn işləri aparılır. Aya sərt enişin 2026-cı ildə baş verməsi planlaşdırılır. Digər tərəfdən, yer stansiyalarının icarəsi üçün danışıqlar davam edir.

"AYAP”ın ikinci mərhələsində aparatın milli daşıyıcı ilə kosmosa çıxması, yerli mühərriklərdən istifadə etməklə "AYAP-2” kosmik gəmisi ilə Ay səthinə yumşaq enişin həyata keçirilməsi və orada elmi tədqiqatların aparılması nəzərdə tutulur.

TKA rəhbəri Yusuf Kıraç daha əvvəl ölkəsinin kosmosda aparıcı aktorlardan biri olacağını bildirmişdi.
www.anews.az
Chosen
100
27
anews.az

10Sources