EN

Fabreqas Almaniya klubunu çalışdıra bilər

Bu mövsümdən “Komo”nu çalışdıran Sesk Fabreqas mübariz komanda formalaşdırmaqda diqqətdən yayınmır.

AzPost xəbər verir ki, “Ştutqart” 37 yaşlı ispaniyalı mütəxəssisə gələn mövsüm üçün baş məşqçi vəzifəsini təklif etmək niyyətindədirir.

“Komo”nun baş məşqçisi Sesk Fabreqas yayda baş məşqçi Sebastyan Hönesslə vidalaşmağa hazırkaşan “Ştutqart” klubunun marağına səbəb olub.

42 yaşlı alman mütəxəssisi Xabi Alonsoya potensial əvəzləyici axtaran “Bayer” və ya “Leypsiq” klublarından biri ilə anlaşa bilər.

Qeyd edək ki, son altı oyunda cəmi bir qələbə qazanan “Komo” A Seriyasında 15-ci yerdədir. Bütün turnirlərdə keçirdiyi son dörd matçda bir dəfə qalib gələn “Ştutqart” isə hazırda Bundesliqada 5-ci mövqedə qərarlaşıb. Alman klubu Çempionlar Liqasında mübarizəni 26-cı sırada bitirib.

Xatırladaq ki, Sesk Fabreqas 2024-cü il iyulun 19-da İtaliyanın “Komo” klubuna rəhbərlik edir. Hazırda onun komandası A Seriyasında 24 turda 22 xal toplayaraq 15-ci pillədə qərarlaşıb.

Bizi “TikTok”da izləyin  
Chosen
28
azpost.info

1Sources