Çinin cənub-qərbində Sıçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 1 nəfər ölüb, 28 nəfər itkin düşüb.
Leqal.info xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Hadisə yerli vaxtla saat 11.50-də İbin şəhərinin qəsəbələrinin birində baş verib.
Çin İnkişaf və İslahatlar üzrə Dövlət Departamenti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 50 milyon yuan ayırıb, axtarış-xilasetmə işləri aparılır.
Leqal.info