EN

Dieqo Simeone “Real”la heç-heçəni şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının “Real”la 23-cü tur səfər oyununu (1:1) şərh edib.

Arena.az argentinalı mütəxəssisin oyunsonrası mətbuat toplantısında bu barədə səsləndirdiyi fikirləri təqdim edir:

“Bir çox vəziyyətlərdə bizim bunlardan mütləq yararlanmadığımız hiss edilirdi. Biz bu oyunda daha artığına nail ola bilərdik. Birinci hissədə bizim komandamız rəqib qapısı yaxınlığında daha uğurlu qərarlar qəbul edə bilərdi, amma digər oyunlarda olduğundan fərqli olaraq, kəskin deyildi. Fasilədən sonra biz əldə etdiyimiz əks-hücumlardan ən yaxşı surətdə faydalana bilmədik”, deyə Dieqo Simeone vurğulayıb.

Həmçinin argentinalı mütəxəssis yarış cədvəlinin ilk üçlüyündəki sıxlığa eyham vuraraq, “Barselona”nı xatırladıb və “Real”ın “bostanına daş atıb”:

“Biz çox yaxşı vəziyyətdəik. “Barselona” ən yaxşı komandadır, onlar çox yaxşı oynayırlar və “Sevilya” ilə oyunda qələbə qazana bilsələr, yarış cədvəlindəki vəziyyət daha da sıx olacaq. Bu, jurnalistlər üçün maraqlı olacaq – sizin, haqqında danışa biləcəyiniz bir mövzunuz olacaq”, – “Football España” dərgisi argentinalı mütəxəssisdən sitat gətirir.

23 oyundan sonra “Real” 50 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir, 49 xal toplamış “Atletiko” “qaymaqlılar”ı daban-daban təqib edir. “Barselona” isə 22 oyundan 45 xalla ilk üçlüyü qapayır.

Chosen
84
arena.az

1Sources