EN

Ançelotti Pereslə mübahisə edib – Səbəb bəllidir

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ilə “kral klubu”nun rəhbərliyi arasında klubun əfsanəsi Luka Modriçlə bağlı mübahisə düşüb.

Publika.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Relevo” portalının məlumatına görə, Ançelotti hələ də Modriçi klub üçün vacib oyunçu hesab edir və ona daha çox oyun vaxtı vermək istəyir. Florentino Peres xorvatiyalıya hörmətlə yanaşır, lakin hesab edir ki, o, “Real” üçün vacib matçlarda əsas oyunçu olmamalıdır.

Buna görə də prezidentlə baş məşqçi arasında mübahisə yaşanıb.

Chosen
38
6
publika.az

7Sources