EN

Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür

Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına gecə saatlarından başlayaraq yağan qar və temperaturun aşağı düşməsi səbəbindən avtomobil yollarında buzlaşmanın yaranmaması üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yollarda yüngül buzlaşma olsa da, nəqliyyatın hərəkətində hər hansı bir problem yaranmayıb.

“Hazırda polis əməkdaşları tərəfindən buzlaşmanın qarşısının alınması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən də zəruri tədbirlər davam etdirilir.

Chosen
70
7
korrespondent.az

8Sources