Verdiyi konsertlərdə tez-tez Azərbaycan mahnılarına yer verən özbəkistanlı müğənni Alişer Nazarov bu dəfə də ənənəsinə sadiq qalıb.
OLAY yazır ki, o bu dəfə Xalq artisti Eyyub Yaqubovun repertuarına müraciət edib.
Sənətçi bu dəfə sözləri Orxan Mürvətliyə, musiqisi isə Vüqar Mirzəyevə məxsus “Əzizim” mahnısını oxuyub.
Müğənninin ifası sosial şəbəkədə maraqla qarşılanıb.