EN

Sentyabrın 21-i, saat 15.00...

Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Əsas yarış sentyabrın 21-i, yerli vaxtla saat 15.00-da start götürəcək.

Sentyabrın 19-da, saat 12.30-da birinci sərbəst yürüş, 16.00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12.30-da üçüncü sərbəst yürüş, 16.00-da isə təsnifat gerçəkləşəcək.

Xatırladaq ki, dünya çempionatında yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.

Chosen
37
football-plus.az

1Sources