EN

MPL: "Şamaxı" "Sumqayıt"a qalib gəlir - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 22-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Şamaxıda baş tutacaq.

Eyniadlı komanda "Sumqayıt"ı qonaq edəcək. Uğursuz nəticələr Ayxan Abbasovun komandasını turnir cədvəlinin aşağılarına yuvarladım və bu baxımdan bölgə təmsilçisinə qələbə hava-su kimi lazımdır. Əks halda, "Şamaxı" bu turda hətta sonuncu pilləyə düşə bilər. "Sumqayıt" isə "Sabah"la xal fərqini əlçatana endirmək üçün səfərdə qələbə qazanmaq əzmindədir.

Günün ikinci oyununda məhz "Sabah" "Turan Tovuz"la üz-üzə gələcək. Premyer Liqadakı son dörd matçda (kuboku da nəzərə alsaq, seriya daha uzundur) qələbəyə həsrət qalan Vasili Berezutskinin baş məşqçisi olduğu "bayquşlar"ı daha bir çətin sınaq gözləyir. Yeri gəlmişkən, tərəflər bu mövsüm kuboku da nəzərə alsaq, 3 dəfə qarşılaşıblar və heç birində qalib müəyyənləşməyib. Yalnız kubokda əsas və əlavə vaxtı heç-heçə bitən görüşdə "Sabah" penaltilər seriyasında cütün taleyini həll edib. Tərəflər budəfəki görüşdə status-kvonu pozmağa çalışacaqlar. 

Qeyd edək ki, bazar ertəsi daha 2 (“Araz-Naxçıvan” – “Kəpəz” və “Zirə” – “Neftçi”) oyun olacaq. Tura çərşənbə axşamı "“Qarabağ”– “Səbail” qarşılaşması ilə yekun vurulacaq.

Misli Premyer Liqası
22-ci tur
9 fevral 

“Şamaxı” – “Sumqayıt” 1:0 (2-ci hissə) 
Qol: Brahim Konate, 61.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Tural Qurbanov, Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu.

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 9. Belajdi Pusi, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 30. Andrey Tirkoveanu
Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez
Baş məşqçi: Vaqif Cavadov

17:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Cavid Cəlilov, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultanı.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Stadionu”.

Chosen
12
fanat.az

1Sources