![ABŞ](https://ulusum.az/uploads/posts/2025-02/495e2c78f6_6311aa8c-e677-11ef-a7ec-02420a0000c9_1024.webp)
İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəçiliyinin Effektivliyi Departamenti (DOGE) tərəfindən aparılan araşdırmalar nəticəsində ABŞ Maliyyə Nazirliyinin hər il təxminən 100 milyard dollar məbləğində vəsaiti şəxsiyyət nömrəsi olmayan şəxslərə ödədiyi müəyyən edilib. “Ulusum”.az xəbər verir ki, bu barədə məlumatı sahibkar X sosial şəbəkədə bildirib.Maskın sözlərinə görə, bu ödənişlərin təxminən yarısı, yəni 50 milyard dollar, saxtakarlıq halları ilə əlaqələndirilə bilər. O, bu vəziyyəti "çılğınlıq" adlandırıb və dərhal həll edilməli olduğunu vurğulayıb. Bundan əlavə, DOGE komandası müəyyən edib ki, Maliyyə Nazirliyində ödənişləri təsdiqləyən vəzifəli şəxslərə, hətta məlum saxtakarlıq və ya terrorçu qruplara belə, bütün ödənişləri təsdiqləmək təlimatı verilib. Mask qeyd edib ki, bu vəzifəlilər karyeraları boyunca heç bir ödənişi rədd etməyiblər. Bu açıqlamalar ABŞ hökumətinin maliyyə nəzarəti və şəffaflığı ilə bağlı ciddi suallar doğurur. Maskın rəhbərlik etdiyi DOGE, dövlət xərclərinin optimallaşdırılması və hökumətin effektivliyinin artırılması məqsədi ilə yaradılıb.Səidə
Diqqət Çəkənlər
Şişkinlik və ağırlıq: Kimə müraciət edim?
Şahzadə Harri deportasiya olunur?
Yarıçılpaq aktivist Le Penin mitinqini pozmağa cəhd edib - Foto