EN

Erməni lobbisi üçün böyük fiasko – ABŞ-dan Azərbaycana şad xəbər

ABŞ Konqresində ermənilərə dəstək verən konqresmenlərin sayı azalıb.

Turkustan.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu göstərən əsas məqam ABŞ dövlət katibi Marko Rubioya Azərbaycana təzyiq çağırışı üçün göndərilən məktuba cəmi 4 konqresmenin imza atması olub.

Məlumata görə, məktuba Frenk Pallone, Qas Biliriakis, Bred Şerman və David Valadao imza atıblar. 4 şəxsin hər biri bundan öncə Azərbaycana qarşı kəskin mövqeyi və erməni lobbisi ilə sıx əməkdaşlığı ilə tanınıb.

Məktubda konqresmen Rubiodan Azərbaycan qarşı Maqnitski qanununun işə salınmasını, Ermənistanın ərazi bütövlüyünü qorunmasını, hərbi cinayətlərdə ittiham olunan ermənilərin azad olunması üçün Bakıya təzyiq edilməsini istəyiblər.

Bununla belə konqresmenlərin müraciətində diqqətçəkən məqam dövlət katibinə məktub göndərən siyasətçilərin sayının Bayden administrasiyası dövrü ilə müqayisədə 15 dəfə azalması olub. Məsələ ondadır ki, dövlət katibinə bənzər müraciət keçən ilin oktyabrında da qeydə alınıb. O zaman ABŞ dövlət katibi Entoni Blinkenə 60-a yaxın konqresmen məktubla müraciət edərək, Bakıya sanksiya tətbiqini istəmişdilər. Bunun ardınca çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev konqresmenlərinin məktubunun Dövlət Departamentində yazıldığını bildirərək, atılan addımı sərt tənqid etmişdi.

Chosen
17
1
turkustan.az

2Sources