EN

Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Samux rayonunun Sarıqaya kəndində süni sututarında batan şəxsin meyiti tapılıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, batan şəxs Goranboy rayon sakini, 2002-ci il təvəllüdlü Cavid Əliyevdir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

"Far.Az" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Chosen
23
15
far.az

10Sources