Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına gecə saatlarından başlayaraq yağan qar və temperaturun aşağı düşməsi səbəbindən avtomobil yollarında buzlaşmanın yaranmaması üçün tədbirlər görülür.
Avtosfer.az xənər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”a bildirilib ki, yollarda yüngül buzlaşma olsa da, nəqliyyatın hərəkətində hər hansı bir problem yaranmayıb.
"Hazırda polis əməkdaşları tərəfindən buzlaşmanın qarşısının alınması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları tərəfindən də zəruri tədbirlər davam etdirilir.
Yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yolda hərəkət zamanı ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur", - DİN qeyd edib.