EN

Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yığma Polşaya qarşı qrupdakı ilk matçda 105:51 hesabı ilə məğlub olmuşdu.

Chosen
53
6
cbcsport.az

10Sources