EN

“Heç nə dəyişməyəcəksə, danışmağın mənası yoxdur”

“İkinci hissənin ilk 15 dəqiqəsinə toparlanmış vəziyyətdə çıxa bilmədik. Bu da iki qol buraxmağımızla nəticələndi. Sonradan isə nəyisə düzəltmək artıq çətin oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Qurban Berdiyev Azərbaycan Premyer Liqasının XXII turunun “Sabah”la görüşündən (1:2) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Ayxan Quseynov və Xəyal Nəcəfovu matçın 85-ci dəqiqəsində meydana buraxdınız. Bunu daha tez etmək olmazdı?

– Tez də buraxa bilərdik. Amma başqa şeylər düşünürdük. Belə alındı.

– “Sabah” sizə nədə sürpriz etdi?

– İlk olaraq biz rəqibə ikinci toplarda uduzduq. İkinci qolu buraxdığımız ana gəldikdə, Rəhim Sadıxovun butsısı çıxmışdı, hakimlə uzun mübahisə oldu. Ona fit vermədilər. Uzun mübahisə oldu, rəqib isə dərhal oynadı və qol vurdular.

– Hakim idarəçiliyindən razı qaldınız?

– Nəsə deməyimlə nəsə dəyişəcəksə, başqa məsələ. Mənim dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Jonu əlləri ilə tuturlar, imkan vermirlər oynamağa. Lakin hakim fitini səsləndirmir.

Chosen
49
4
msport.az

8Sources