EN

Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində sonuncu matçını keçirib

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirib.

“Far.Az” xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 88:34.

Qeyd edək ki, Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu.

Chosen
11
4
far.az

10Sources