Ermənistan İstintaq Komitəsi Zəngəzur Mis-Molibden Kombinatındakı tətillə bağlı məlumat yayıb.
Zəngəzur MMK-nın bir qrup zavod işçisinin tətil çağırışı ilə bağlı cinayət işi açıb. Artıq ikinci həftədir ki, davam edən tətil səbəbindən Kombinatın fəaliyyəti iflic olub. Etirazçılar maaşlarının artırılmasını tələb edir.