EN

Berezutski: “Birinci hissədə çəkinərək oynadıq”

“Uzun müddətdən sonra qalib gəldiyimizə görə şadam. Çoxlu sayda qol epizodları yaratdıq, onların ikisindən fərqlənərək qələbə qazanmağımız gözəl hisslərdir”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz”la görüşündən (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Fasilədən sonra iki qol vuraraq qalib gəldiniz. Birinci hissədən sonra nəyi dəyişdiniz?

– Uşaqlarla paltardəyişmə otağında sakitləşdirici söhbətimiz oldu. Müdafiədə olan çatışmazlıqlar barədə danışdıq. Birinci hissədə hardasa çəkinərək oynadıq. Amma ikinci hissədəki oyunumuzdan razı qaldım.

– Razısınız ki, yarımmüdafiənin orta xəttini hələ də düzəldə bilməmisiniz?

– Bu, həmişə bəzi kadr məsələləri ilə bağlı olur. Mikrozədələr baş verir. Müəyyən dəyişikliyə də getməli oluruq. Ancaq qarşıdakı həftədən etibarən bütün futbolçular sıraya qayıdacaqlar. Bu da bizə müəyyən stabillik yaratmağa kömək edəcək. İvan Lepinitsanı da təbrik edirəm. Uzun müddətdən sonra sıraya qayıtdı, start heyətində yer aldı. Onun qayıdışı orta xəttimiz üçün daha da faydalı olacaq.

Chosen
75
1
msport.az

6Sources