EN

Sahil Babayevlə bağlı maraqlı məlumatlar

Üç gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad olunaraq maliyyə naziri təyin edilən Sahil Babayevin gənclik illərinə məxsus fotolar yayılıb.

Apress.az xəbər verir ki, bu barədə məlumatı tanınmış karateçi, müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov paylaşıb.

Nazirin gənclik illərində karate ilə məşğul olduğu məlum olub.

Qeyd edək ki, Sahil Babayev 45 yaşındadır. O, 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışırdı.

Chosen
119
44
apress.az

10Sources