EN

Meymun bir ölkəni işıqsız qoydu

Şri-Lankada meymun elektrik stansiyasına daxil olaraq təsadüfən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Heftelik.az-ın  “The Economic Times”-ə istinadən verdiyi məlumata görə, Şri-Lanka energetika naziri Kumar Cayakodin meymunun Kolombonun ətrafında şəbəkə transformatoruna ziyan vurduğunu bildirib.

Nəticədə Şri-Lankada elektrik enerjisi yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 10:00) kəsilib: “Meymun şəbəkə transformatorumuza ilişib və bu, sistemdə fasilələrə səbəb olub. Hadisə Kolombonun cənubundakı ətraf ərazidə baş verib. İşlər aparılır, bəzi ərazilərdə elektrik təchizatı bərpa edilib”.

Energetika naziri ölkədə elektrik təchizatının tam bərpası müddətini açıqlaya bilməyib.: “Mühəndislər elektrik təchizatını mümkün qədər tez bərpa etməyə çalışırlar”.

Qeyd edək ki.  Şri-Lanka 2022-ci ildəki iqtisadi böhran zamanı  uzunmüddətli elektrik enerjisi çatışmazlığı ilə üzləşmişdi. Yanacaq çatışmazlığı elektrik stansiyalarını 13 saata qədər davam edən gündəlik kəsintilərin tətbiqinə məcbur etmişdi.

Chosen
61
12
heftelik.az

10Sources