EN

Nadal karyerasını bitirdikdən sonra vaxtını necə keçirir? - FOTO

Dünyanın sabiq bir nömrəli tennisçisi Rafael Nadal karyerasını bitirdikdən sonra vaxtını necə keçirdiyini nümayiş etdirib.

İdman.biz xəbər verir ki, "Böyük Dəbilqə" yarışlarının 22 qat qalibi futbol oynayır.

İspaniyalı bununla bağlı sosial şəbəkədəki səhifəsində şəkil paylaşıb. O, ötən il noyabrın sonunda Devis kubokundan sonra peşəkar karyerasını bitirdiyini elan edib.

Nadalın son turniri 2024-cü ildə Malaqada keçirilən Devis kubokunun final mərhələsi olub. Ümumilikdə, 38 yaşlı tennisçi fərdi yarışlarda 92 (tarixdə beşinci nəticə), qoşa yarışlarda isə 11 titul sahibidir. O, İspaniya millisi ilə Devis kubokunun beşqat qalibi və ikiqat Olimpiya çempionudur (fərdi və qoşa yarışlarda).

İdman.biz

Chosen
17
idman.biz

1Sources