EN

Ərdoğan Suriyada ən qısa zamanda sabitlik olağına inanır

Biz inanırıq ki, Suriya prezident Şaranın (Əhməd Əş-Şara – red.) ehtiyatlı rəhbərliyi altında tezliklə sabitliyə nail olacaq. Ölkənin müxtəlif yerlərində kütləvi məzarlıqlar qazıldıqca Əsəd rejiminin və onun şəbihalarının qanlı siması üzə çıxır.

İki sahil” xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri öncəsi Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.

“Suriyada terror təşkilatlarına yer yoxdur. Cənab Şəranın hazırda orada apardığı mübarizə terror təşkilatlarına qarşı mübarizədir. Suriya ordusunun xaricində, xüsusən də Suriyada davamlı sabitliyi təmin etmək üçün yaradılan silahlı qruplaşmalar olmamalıdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
18
ikisahil.az

1Sources