EN

İran Hörmüz boğazını bağlamaq istəyir

Bakı. Trend:

İran hərbi qüvvələri, lazım gəldikdə Hörmüz boğazını bağlamağahazır olduqlarını bəyan ediblər.

Trend xəbər verirki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) HərbiDəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasdajurnalistlərə açıqlamasında bildirib.

Tanqsiri, “Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlayabilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunuetməyəcəyik”, – deyib.

Komandan, ABŞ-ın İran neftinin ixracını dayandırma məqsədinənail olamayacağını vurğulayıb və Tehranın əsas məqsədinin regionalsabitliyi qorumaq və İran nefti və qazının təhlükəsiz ixracınıtəmin etmək olduğunu bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı maksimumtəzyiq siyasətini bərpa etməyə qərar vermişdi. Tramp daha sonraİranla silahlı qarşıdurmaya girməyəcəyini və Tehranla nüvəprobleminə dair yeni saziş bağlamaq istədiyini açıqlamışdı.

Chosen
28
3
az.trend.az

2Sources