EN

A Seriyası: “Napoli” evdə xal itirdi, paytaxt klubları qalib gəldilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Leççe” – “Bolonya” matçında qapılara qol vurulmayıb. Lider “Napoli” “Udineze” ilə ev oyununda qələbəni əldən verib. “Kalyari” doğma meydanda “Parma”ya, “Latsio” isə “Montsa”ya qalib gəlib. Səfərdə “Venesiya” ilə üz-üzə gələn “Roma” da turu qələbə ilə başa vurub.

24-cü tura fevralın 10-da keçiriləcək “İnter” – “Fiorentina” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
24-cü tur
7 fevral

Komo – Yuventus 1:2
Qollar: Diao, 45+1 – Kolo Muani, 34; 89-pen.

8 fevral

Verona – Atalanta 0:5
Qollar: Reteqi, 21; 25; 44. Ederson, 37. Breşianini, 56.

Empoli – Milan 0:2
Qollar: Leao, 68. S.Ximenes, 76.

Torino – Cenoa 1:1
Qollar: Torsbi, 45+2-öz qapısına – Pinamonti, 68.

9 fevral

Venesiya – Roma 0:1
Qol: Dibala, 57-pen.

Kalyari – Parma 2:1
Qollar: Volyakko, 57-öz qapısına. Koman, 70 – Leoni, 78.

Latsio – Montsa 5:1
Qollar: Maruşiç, 31. Pedro, 57; 77. Kastelyanos, 63. Dele-Başiru, 88 – Sensi, 86-pen.

Leççe – Bolonya 0:0

Napoli – Udineze 1:1
Qollar: Maktominey, 37 – Ekkelenkamp, 40.

10 fevral

23:45. İnter – Fiorentina

Chosen
79
1
arena.az

2Sources