EN

Daniel Noboa prezident seçkilərində liderdir

Bakı. Trend:

Ekvadorun hazırkı prezidenti Daniel Noboa, prezidentseçkilərində liderlik edir və birinci turda qalib gəlmək imkanınasahibdir.

Trend xəbər verirki, bu məlumat “Teleamazonas” telekanalının keçirdiyi “exit-poll”unnəticələri ilə təsdiq edilib.

Araşdırmalara görə, Noboa seçicilərin 50,12%-i tərəfindəndəstəklənib, onun əsas rəqibi Luisa Qonzales isə 42,21%-lik dəstəkalıb. Prezidentliyə namizəd qalib gəlmək üçün mütləq səs çoxluğuəldə etməli və ya ən azı 40% səs toplayıb, ən yaxın rəqibindən 10%fərqi ilə irəlidə olmalıdır.

Noboa 2023-cü ilin oktyabrında keçirilən növbədənkənar prezidentseçkilərində qalib gəlib. Onun hakimiyyətə gəlişi, artantəhlükəsizlik böhranı ilə üst-üstə düşdü. 2024-cü ilin yanvarındao, ölkədəki daxili silahlı münaqişəni tanıyan fərman imzalayıb və22 cinayətkar qrupun zərərsizləşdirilməsi barədə göstərişverib.

Yenidən seçildiyi təqdirdə Noboa, təhlükəsizlik siyasətini davametdirəcəyini, xüsusilə təhlükəli cinayətkarlar üçün meqahəbsxanaların tikintisini davam etdirəcəyini vəd edir.

Chosen
29
az.trend.az

1Sources