EN

Tramp polad və alüminium idxalına 25 faiz rüsum elan edib

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

MArja xəbər verir ki, Tramp  "Super Bowl"da iştirak etmək üçün Floridadan Yeni Orleana gedərkən "Air Force One" təyyarəsində jurnalistlər ilə danışıb.

"ABŞ-a daxil olan bütün polada 25 faiz rüsum tətbiq olunacaq" - deyən Tramp, alüminiuma da eyni dərəcədə tarif tətbiq ediləcəyini bildirib.

Bazar ertəsi tarifləri açıqlayacağını bildirən Tramp, Kanada və Meksikadan gələn alüminium və poladın da tariflərə tabe olacağını bildirib.

Qarşılıqlılıq əsaslı tarifləri çərşənbə axşamı və ya çərşənbə günü açıqlayacağını deyən Tramp, "Əgər bizdən 130 faiz ödəniş alırlarsa və biz onlardan heç nə tələb etmiriksə, bu belə qalmayacaq" deyib.

Chosen
8
20
marja.az

10Sources