EN

Tramp ABŞ-yə polad və alüminium tədarükünə 25% rüsum tətbiq etməyi planlaşdırır » AzadMedia.az



ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bəyan edib ki, fevralın 10-dan ABŞ-yə polad və alüminium tədarükünə 25 % rüsum tətbiq etmək niyyətindədir.

AzadMedia.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat qrupu məlumat verib.
Trampın açıqlamasında bildirilir ki, "polad və alüminium üçün rüsumlar bazar ertəsindən etibarən hər kateqoriya üzrə 25% olacaq".

Həmçinin, mətbuat hovuzunun verdiyi məlumata görə, Tramp fevralın 11-dən etibarən digər ölkələrə "qarşılıqlı tariflər" tətbiq etməyi planlaşdırır. Lakin bu barədə təfərrüatlar açıqlanmır. Amerika lideri Luiziana ştatına uçuşu zamanı təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Əvvəlcə, yanvarın 31-də Ağ Evdə keçirilən mətbuat konfransında Tramp, Birləşmiş Ştatların çips və əlaqədar məhsulların tədarükünə, habelə neft, qaz, polad, alüminium və misə tariflər tətbiq etmək niyyətində olduğunu bildirmişdi.

Reuters agentliyi daha əvvəl xəbərdarlıq etmişdi ki, Əgər ABŞ hakimiyyəti mis və alüminium idxalına rüsumlar tətbiq edərsə, bu, amerikalılar üçün ölkə daxilində mal və xidmətlərin bahalaşması ilə nəticələnəcək.
Donald Tramp tariflərin yüksəldilməsinə dair bəyanatında polad və alüminium idxalına tariflər qoymaqla ABŞ-ın milli təhlükəsizliyini qoruduğunu bildirib. O əlavə edib ki, güclü poladtökmə və alüminium sənayesi Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün olduqca vacibdir.

Chosen
10
20
azadmedia.az

10Sources