EN

“Sepah” Hörmüz boğazını bağlaya biləcəyini açıqladı

İran hərbi qüvvələri lazım gələrsə Hörmüz boğazını bağlaya bilər.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında söyləyib. “Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – o deyib.

Komandan vurğulayıb ki, ABŞ heç vaxt İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək. O, Tehranın qarşısında regional sabitliyi və İran neft və qazının təhlükəsiz ixracını təmin etmək kimi əsas məqsədlərin durduğunu xatırladıb.

Chosen
97
11
manset.az

10Sources